Məzahir Pəhanov "Antalya Beynəlxalq Seçki Forumu"nda iştirak edir
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Antalya şəhərində səfərdədir.
Adalet.az xəbər verir ki, noyabrın 24-25-də keçirilən "Antalya Beynəlxalq Seçki Forumu"nda iştirak məqsədilə gerçəkləşdirilən səfər Türkiyə Yüksək Seçim Kurulunun sədri Serdar Muttanın dəvəti əsasında baş tutub.
Yüksək Seçim Kurulunun təşəbbüsü ilə təşkil olunan beynəlxalq forum müasir dövrdə seçki proseslərinə təsir göstərən qlobal tendensiyalar, seçki idarəçiliyi, seçki proseslərində müasir çağırışlar, seçki qurumlarının media ilə münasibətləri və ictimaiyyətlə əlaqələr, seçkilərin hazırlanıb keçirilməsində şəffaflıq və ictimaiyyətlə səmərəli kommunikasiyanın təmin olunması kimi bir sıra aktual məsələləri əhatə edir.
Tədbirin gündəliyinə əsasən M.Pənahov beynəlxalq forumda çıxış edib. O, çıxışında seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasının, media və ictimaiyyətlə səmərəli kommunikasiyanın və seçki subyektlərinin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanın seçki praktikasına istinad edən MSK sədri ölkəmizin seçki qanunvericiliyinin yaratdığı imkanlar, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, müşahidəçilərin və media nümayəndələrinin seçki prosesində sərbəst iştirakı, eləcə də ictimaiyyətin dəqiq və operativ məlumatlandırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. M.Pənahov rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin aktuallığını xüsusi qeyd edib.
Səfər çərçivəsində MSK sədri Türkiyəli həmkarı ilə yanaşı, foruma qatılan xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşüb. Görüşlərdə seçki sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ümumilikdə 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndənin qatıldığı "Antalya Beynəlxalq Seçki Forumu" seçki idarəçiliyi sahəsində beynəlxalq dialoqun inkişafı, müxtəlif ölkələrin ali seçki qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanları və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətli beynəlxalq platformadır.
Digər Xəbərlər
24 Noyabr 2026 23:21
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
24 Noyabr 2026 22:53
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
24 Noyabr 2026 18:58
Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı
24 Noyabr 2026 18:45
Sahibə Qafarova Gürcüstan xarici işlər naziri ilə görüşdü
24 Noyabr 2026 18:31
Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan arasında siyasi dialoq ən yüksək səviyyədədir
24 Noyabr 2026 17:52
Dünya savaş meydanıdır - Səxavət Məmməd yazır
24 Noyabr 2026 17:49
Boçorişvili Fəxri Xiyabanda
24 Noyabr 2026 17:00


Bakı -°C

