Psixozun halüsinasiyası:"Gəncəsər əcdadımın məbədidir"
Ermənilərin iranşünas alimi Vardan Voskanyan öz sosial şəbəkə hesabında növbəti dəfə ağzına gələni yazıb, yazdıqları ilə psixoz xəstəliyinə düçar olduğunu təsdiq edib.
Adalet.az xəbər verir ki, Voskanyan paylaşımında Qarabağ haqqında ilk dəfə 16 yaşında öyrəndiyini vurğulayaraq yazır:" Sonra müqəddəs Ermənistan torpağının bu ayrılmaz ərazisini az qala bir başından o biri ucuna qədər gəzdim. Mən əcdadlarımızın sivilizasiya səylərinin ləl-cəvahiri olan bu müqəddəs məkanın həyətində sol tərəfdə görünən skamyada tək oturub siqaret çəkdim, o xoşbəxt fürsətə görə beynimdə Allahı izzətləndirdim.
Əcdadlarımızın möhtəşəm şah əsəri olan Qandzasar (Gəncəsər monastırı) indi çox təəssüf ki, barbarların murdar ayaq altlığıdır. “Müqəddəs torpağımız zəbt olunub və bunu unutmaq müqəddəsliyi inkar etmək, əcdadlarımızı, Allahımızı inkar etməkdir”.
P.S. Bütün dünya bilir ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və Azərbaycan öz ərazisini 30 illik işğaldan azad edərkən bu bilgiyə görə heç bir ölkə Azərbaycana qarşı çıxmadı. Bu faktı qəbul etməyən yalnız xəstə təxəyyülə söykənən haylardır. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu toplum yarandığı gündən psixoz xəstəliyindən əziyyət çəkir. Psixozun təsiri altında Gürcüstandan, Rusiyadan, İrandan, Türkiyədən və Azərbaycandan "qədim torpaqlarını" geri istəyirlər və buna görə dəfələrlə adi qaydada cavabları verilib. Amma psixoz xəstəliyi bu toplumda o qədər irəliləyib ki, söyüş, döyüş, ölüm bunlara kar eləmir. Bu toplumu elə topluca xəstəxanaya salıb müəalicə etdirmək isə artıq dünyanın gündəminə düşməlidir. Yeri gəlmişkən, psixoz — düşüncə və duyğunun ağır formada pozulduğunu təyin edən psixiatriya terminidir. Psixotik epizod keçirən xəstələr halüsinasiyalar görüb, batil (yəni real olmayan) inanclara inanırlar.
Psixoz, insanların həqiqətlə əlaqəsini qismən itirdikləri ciddi bir psixoloji sağlamlıq problemidir.
Əntiqə Rəşid
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C


