07 Mart 2024 10:11
2434
ƏDƏBİYYAT

Psixomatika - xəstəliklərinin psixoloji səbəbləri və müalicəsi üsulları

Yaşadığımız müasir dünyada “psixosomatika” termini hər kəsə yaxşı məlumdur. Ona görə məlumdur ki, biz ictimai həyatımızda onunla tez-tez rastlaşırıq. Tez-tez rastlaşsaq da, təssüflər olsun ki, az adam onun mahiyətini, nə olduğunu başa düşür. Yaranmış vəziyyətə görə insanları iki kateqoriyaya bölünür: bəziləri buna ümumiyyətlə inanmır, bəziləri də hər şeydə onu - yəni xəstəliyi günahlandırır və onun bütün fəsadlarının “duyğularla işləyərək”  (“Psixoanalizə giriş” Ziqmund Freyd) müalicə oluna biləcəyinə inanır və ümid edirlər. 

Bu fərdi işimizdə, kiçik yanaşmamızda “psixosomatika” terminologiyasını aydınlaşdıracaq, anlayacaq  və onun meydana gəlməsinin səbəblərini öyrənəcək və ən başlıcası təzahürünün qarşısını almaq üçün üsul və vasitələri müəyyən etməyə çalışacağıq. Əvvəlcə, ilk addım kimi ən vacib olan“psixosomatika nə deməkdir?” - sualına cavab tapmağa cəhd göstərəcəyik.

Hər şeydən əvvəl onu qeyd edək ki, psixosomatika (yunanca – “ruh” və soma, somatos “bədən”) keçən əsrin 50-ci illərində tibbi mühitdə kök salmış tibb və psixologiyada məlum bir istiqamətdir. Psixomatika emosional təcrübələrin, streslərin və psixoloji problemlərin fiziki vəziyyətə təsirini öyrənir və onu geniş şəkildə izah edir, real misallarla əlverişli şəraitdə hərtərəfli aydınlaşdırır. Qeyd edək ki, psixomatikada dağıdıcı bir prosesin - ailə mübahisəsi, işdəki problemlər, şəxsiyyət böhranı və ya məişət münaqişəsinin hər hansı bir stress mənbəyinə çevrilə biləcəyini güman edə bilərik.

Psixosomatik patologiyaların mövcudluğu yalnız psixoloqlar tərəfindən deyil, həm də müxtəlif ixtisaslı həkimlər tərəfindən də qəbul edilir. Bu fenomenin nə qədər yaygın olduğuna dair mütəxəssis məlumatları fərqlidir. Bəziləri hər üçüncü, bəziləri hər onuncu xəstənin psixomatika ilə həkim yanına gəldiyini söyləyirlər. Görünür ki, psixomatik patalogiyalar ağır stresini yaşadığımız müxtəlif hadisələrin təzahüründən doğan amillərdən qaynaqlanan əlamətlərdir. 

Yeddi əsas psixosomatizm var: bronxialastma, xoralıkolit, əsas hipertoniya, neyrodermatit, revmatoidartrit, onikibarmaq bağırsaq xorası, hipertiroidizm. Praktikada xəstəliklərin psixosomatikası daha genişdir, bura həm də onkoloji və yoluxucu xəstəliklər, allergiya, burun axması, diş ağrısı kimi müxtəlif ağrı növləri daxildir.

İşin qəribəlik doğuran tərəflərindən biri də odur ki, çox nadir hallarda  həkim ilk müayinədə xəstənin psixosomatikası olduğunu dərhal müəyyən edir. Tipik olaraq, bu cür xəstəliklər görünüşünə görə somatik xəstəliklərdən fərqlənmir. Məsələn, xəstənin qastritinin helicobacter bakteriyasından və ya bəzi təcrübələrdən qaynaqlandığını dərhal müəyyən etmək heç vaxt mümkün deyil. Çox tez-tez həkimlər xəstənin zehni zədələnməsindən şübhələnmədən mədə-bağırsaq traktını, ürək-damar sistemini, sinir sistemini və ya ruhi vəziyyətini diaqnoz edirlər. Təyin olunmuş dərmanları qəbul etdikdən bir müddət sonra məlum olur ki, onda yan təsirlərdən və sağalma qabiliyyətindən əziyyət çəkən xroniki xəstəlik var. Belə xəstələrin vəziyyətini yüngülləşdirməsi zamanı qarşıya çıxan problemi tamamilə həll etmək üçün psixosomatik xəstəliklərin müalicəsində müxtəlif psixoterapiya növlərindən geniş şəkildə istifadə olunur.

Bronxial astmanın müalicəsində hipnoz (ənənəvi və müasir) NLP üsullarından, yəni neyrolinqvistik proqramlaşdırma (NLP, ingilis dilindən Neyro-linqvistik proqramlaşdırma) və davranış terapiyası, gelştat terapiyası tətbiq olunur. Bəzi hallarda uğurlu müalicə metodu ilə vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq və xəstəliyin residivlərinin qarşısını almaq mümkündür.

Psoriaz, neyrodermatit və ekzema kimi dəri xəstəliklərinin psixoterapevtik üsullarla müalicəsi müxtəlif dərəcədə effektivdir. Bəzən xəstəliyin sabit remissiyasına nail olmaq və residivlərin qarşısının alınmasını öyrətmək də mümkündür. Bütün bunları öyrənmək və müalicədə tətbiq etmək isə cəmiyyətimizin daha da sağlam olmasını təmin edən başlıca amillədəndir. Cəmiyyətimizdə sağlam mühit olması isə təkcə həkimlərimizin deyil, bütün insanların vətəndaşlıq borcudur. Deməli, hamımız cəmiyyətimizdə sağlam mühitin formalaşmasına çalışmalıyıq.

Lalə RƏCƏBOVA,
Azərbaycan Dillər Universiteti