"Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb" - Prezident
Bu gün Azərbaycanda əhalinin qazlaşma səviyyəsi 96 %-ə çatıb.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.
"Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb. Mən bunu deməklə yaşayış məntəqələrini yox, əhalini nəzərdə tuturam. Əhalinin 96 %-i bu gün təbii qazla təchiz edilib", - İlham Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir: "Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir".
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

