24 Noyabr 2023 19:07
1535
MƏMLƏKƏT

Psixoloq: “Yaxşıydısa, ailəni qoruyardılar, boşanmazdılar...”

“Ümumiyyətlə, Azərbaycanda bu mədəniyyət özünü biruzə vermir. Əgər bir kişiylə qadın boşandısa, onların həyatları ayrılır. Hətta onların birgə nigahdan övladları varsa da, yalnız onların münasibətləri övladları üçün olar”

Bunu Adalet.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.

Psixoloq daha sonra bunları əlavə edib: “Azərbaycanda hələ də kişilər boşandığı qadına öz namusu kimi baxır. Bunu bəzən yazılmamış qanun kimi deyirlər. Amma boşanarkən qətnamədə qeyd olunmalıdır ki, artıq hər bir tərəfin öz həyatı özünə möhtərəm və özünə maraqlıdır. Kim harda, necə işləyəcək özü bilər. Həyat tərzi qadınların seçimidir. Qadın və kişi özü-öz həyat tərzini seçməlidir. Yaxşıydısa, ailəni qoruyardılar və boşanmazdılar. Boşanıblarsa və yenidən barışmaq istəkləri yoxdursa, sən hara getdin, kiminlə getdin, necə getdin kimi suallar qarşı tərəfə lazımlı məsələ deyil. Cəmiyyətdə bu təbliğ olunmalıdır”-deyə psixoloq bildirib. Qeyd edək ki, bu gün Zaqatalada 34 yaşlı qadın 32 yaşlı keçmiş əri tərəfindən öldürülüb. Həbs edilən şəxs ilkin izahatında xanımın kafedə işləməsinə narazı olduğu üçün onu öldürdüyünü bildirib.

Vasif Əlihüseyn