Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı -SƏRƏNCAM

Prezident İlham Əliyev “Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Prezidentin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Digər Xəbərlər

MDB iclasında Şərqi Zəngəzur və Qarabağın enerji potensialı barədə məlumat verilib

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Böyük müharibələrdən ABŞ qazanclı çıxır… - Səxavət Məmməd yazır
