05 Iyun 2025 15:39
505
GÜNDƏM

Erməni politoloqa cavab: "5 min erməninin qatilini bir görsəydiniz, bir anlasaydınız..." 

Xatırlayırsınızsa ötən ay Paşinyan İrəvan Dövlət Universitetində tələbələrlə görüşdü. Görüşün gərgin keçməsi və millətçi tələbələrin sualları Ermənistan baş nazirini əsəbləşdirdiyini isə erməni mediası gündəmə çevirdi. Deməli ,görüşdə tələbələrdən biri sual verir ki, Qarabağın “itiriləcəyini” 2018-ci ildə dəqiq bilsəydiniz, yenə də inqilab edib hakimiyyətə gələrdinizmi? Paşinyan da cavab verir ki, bəli, çünki Qarabağı “itirməsəydik”, əsl müstəqil dövlət ola bilməzdik.

Digər tələbə isə Paşinyanı tənqid edir ki, siz “tarixi Ermənistan” ideyasından əl çəkməyə çağırırsınız, amma 300 min kv.km ərazisi olan “tarixi Ermənistanı” geri qaytarmaq haqqında düşünüb addımlar atmasaq, indiki Ermənistanı da itirəcəyik.



Paşinyan bu suala da məntiqli cavab verib ki, 29 743 kv.km ərazisi olan əsl Ermənistanı inkişaf etdirək, buna gücümüzü, enerjimizi sərf edək, miflərlə özümüzü və gələcəyimizi zəhərləməyək.

Erməni ictimaiyyəti artıq hər gün müxtəlif səpgili açıqlamalar verərək , onu “Qarabağı satmaqda”, “Azərbaycana işləməkdə” ittiham edir.
Bu trendə Ermənistan parlamentinin keçmiş deputatı, politoloq Arman Abovyan da qoşulub. O da Paşinyanın açıqlamasını kəskin tənqid edib. Bildirib ki, Qarabağın müvəqqəti itirilməsini “ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi” hesab edənlərə bir neçə sual.

1. Deməli, beş min erməninin ölümü “Ermənistanın müstəqilliyinin möhkəmlənməsidir”?
Cavab 1-Azərbaycanı təmsil edə biləcək jurnalist olaraq Abovyanın Paşinyana ünvanlanmış suallarına cavab verməyi öz üzərimə götürərək soruşuram:

1987-ci ilə qədər Qarabağdakı ermənilər yaşadıqları ölkədən, onlara olunan böyük güzəştdənvə məskunlaşdıqları məkanın gözəlliyindən çox xoşbəxt yaşayırdılar. daşnak-faşist əlaltısı Qaregin Njdenin"türk dövlətlərinə və xalqlarına qarşı düşmənçilik və ədavət ideologiyasının yayıcıları Xankəndində yeni ilan yuvası qurmasaydı, erməni əhalini öz planlarına alət etməsəydi, beyni yuyulmuş ermənilər də Azərbaycan torpağına, Azərbaycana qarşı səfərbər olub, qanlı müharibələr, soyqırım, faciə, deportasiya yaratmasaydılar, Azərbaycan torpağına iddia qaldırmasaydılar əminəm, 5 min erməni də gəlib Xankəndidə, Qarabağda, Azərbaycanda qırılmazdı. Necə deyərlər, su səhəngi suda sınıb. Özgə torpağını işğal etməyə çalışanlar heç vaxt, heç yerdə "duz-çörək"lə qarşılanmır.

2. 4 oktyabr 2020-ci il tarixində Martunidə Türkiyə-Azərbaycan işğalçılarının hədəfə aldığı artilleriya zərbəsi nəticəsində 9 yaşlı qız və onun 2 yaşlı qardaşı həlak olub. Onlarla erməni uşağının ölümü “ölkənin müstəqilliyinin” möhkəmlənməsinə xidmət etdimi?
-Cavab 2- I Qarabağ müharibəsi dövründə Xocalı soyqırımı zamanı süngüyə keçirdiyiniz, parçalayıb itlərə atdığınız, qatil Zori Balayanın sözü ilə desək, divara mıxladığınız, ocağda yandırdığınız 63 uşağın, ümumilikdə 210 uşağın hesabını kimdən almalıyıq?

Bəs, atəşkəs rejimi elan ediləndən - 1994-cü ildən sonra müxtəlif vasitələrlə, terror əməlləri ilə öldürdüyünüz 34 uşağın qisasını kimdən almalıydıq? 9 yaşlı Fariz Bədəlovun, 16 yaşlı Pakizə Məhərrəmlinin, Şahmalıyeva Aygünün, 16 yaşlı Həsənova Turanənin 2 yaşlı Zəhra Quliyevanın və digər körpələrin açısını bizə yaşadanda rahat yaşayacınızımı umurdunuz?

Nə tez unutdunuz ki 2020-ci ildə Bərdəyə, Gəncəyə, Tərtərə, Ağdamın , Ağcabədinin, Füzulinin kəndlərinə atdığını mərmilər nəticəsində ölən 12 günahsız körpəni? Etmə , bulma - misalı... Əslində ölən 2 erməni uşağının da qatili siz özünüzsünüz.

3. Qarabağda dağıdılmış kilsələr və xarabalığa çevrilmiş erməni qəbiristanlıqları, bu da “ölkənin müstəqilliyinin möhkəmlənməsinə xidmət etdimi?”
Cavab-3. Bütün dünya bilir, Rusiyanın , Azərbaycanın arxivləri də təsdiq edir ki, haylar Qafqaza 1813-28-ci ildə Çar Rusiyası tərəfində köçürülüb. Eləcə də Qarabağa. Hətta bunu siz hayların 1978-ci ildə ucaltdığınız abidə kompleksi də təsdiq edir. Axı Qarabağda hayları de şifrə edən qəədim abidə, kilsə olmayıb, oğurluqla Alban tarixi tikililrin özünüzə yamamaq üçün çox əziyyətlər çəkdiniz, bunu da heç bir dürüst dünya alimi, tarixçisi qəbul etmədi.

Özgənin torpağını işğal edib orada özünüzə tarixi vətən yaratmaq istəyiniz isə ürəyinizdə qalır. İşğal dövründə tikdiklərinizin hamısı buldozerlərlə dərin xəndərklərə gömülür. Sizin tarixiniz Qarabağı boş ver, heç Qafqazda yoxdur.

4. Türkiyə-Azərbaycan tandemi tərəfindən Ermənistanın strateji ərazilərinin işğalı, erməni kəndlərinin atəşə tutulması, azərbaycanlıların Ermənistanın bütün ərazisinə iddiaları da “ölkənin müstəqilliyinin möhkəmlənməsinə” xidmət edirmi?
Cavab-4- Azərbaycanın heç kimin 1 qarış torpağında gözü olmayıb. Öz torpağını işğaldan azad etmək isə dünya tərəfindən rəğbətlə qarşılandı. Terrorçu, separatçı, işğalçı bilinən hər kəs dərsini aldı.


Əslində, Qarabağ uğrunda 5 min ermənini də elə siz öldürmüsünüz. 5 min hayı mənasız "böyük Ermənistan" təxəyyülünə qurban vermisiniz. 5 min Ermənistan vətəndaşı əlində silah Qarabağda nə gəzirdi? Livandan, Suriyadan köçürüb Qarabağa yığdığınız  haylar bilmirdi ki, ora Azərbaycan ərazisidir, siz erməni ziyalıları axı, bunu bilirdiniz?

"Bu suallara cavab verin və sonra özünüzə sual verin: Paşinyan hakimiyyəti hansı ölkənin müstəqilliyini gücləndirməkdən danışır? Bir şey mənə deyir ki, bura Ermənistan deyil".
Normal tarix bilən, normal olaraq Ermənistanın və ermənilərin tutduğu yolun, işğalçılıq və terrora meyiiliyinin sonunun nə olacağını Paşinyan bilir. Bilir ki, xəstə təxəyyüllü ermənilər Türkiyədən, Azərbaycandan, Rusiyadan,Gürcüstandan, İrandan fantastik "böyük Ermənistan " əraziləri tələb etdikcə ermənilər qırılmağa məhkumdurlar.

Paşinyan "Qarabağ Azərbaycandır" deməklə, bu qırğının qarşısını aldı. Paşinyan siz "böyük Ermənistan" xəstələrinə anlatmaq istəyir ki, 29 743 kv.km ərazinizdə dinməzcə oturun ki, başqalarının gülləsinə tuş gəlməyin. Daha 5 min erməninin qatili olmayın, 100 minlərlə soydaşınınızı yerindən -yurdundan etməyin ... 
Bax, gerçəyi anlamağa bacarın, siz torpaq iddia etdiyiniz heç bir ölkəni zəif sala , onlardan torpaq qamarlaya bilməzsiniz. Bu gerçəyi bir anlasaydınız...

 Əntiqə Rəşid