Prezident tacikistanlı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması bizi sevindirir.
Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur.
Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Cari ilin iyulunda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakınızı və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm".
Digər Xəbərlər
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23


Bakı -°C

