Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.
ARAF-dan Adalet.az-a verilən məlumata görə, kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.
Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birlikdə yeni sahibinə təhvil verilib.
Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.
Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkür edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.
Qeyd edək ki, 1956-cı ildə Nikita Xruşşov kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) artıq Qarabağ atı hədiyyə edib. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.
Digər Xəbərlər
03 Oktyabr 2026 13:44
Bu yolda maşınların hərəkəti qadağan ediləcək- 15 oktyabrdan
03 Oktyabr 2026 13:20
Bazar günü dolu düşəcək, qar yağacaq
03 Oktyabr 2026 13:19
Sabah bu prospektdəki yolötürücüsündə müayinə aparılacaq
03 Oktyabr 2026 11:23
ADY yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə çağırış etdi
03 Oktyabr 2026 00:13
Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR
03 Oktyabr 2026 00:06
Bu yolda sürət həddi endirildi
02 Oktyabr 2026 20:47
DTX-nin adından istifadə edərək sənətçinin pulunu ələ keçiriblər - VİDEO
02 Oktyabr 2026 20:11


Bakı -°C

