adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Iyun 2017 22:24
6936
DÜNYA

Portuqaliyada yanğın qurbanlarının sayı 63 nəfərə çatıb

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı artıb.

Adalet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın qurbanlarının sayı 63 nəfərə çatıb. İndiyədək ölənlərdən 24-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Məlumata görə, hadisə zamanı 13-ü yanğınsöndürən olmaqla 135 nəfər xəsarət alıb. Yaralıların bəzilərinin vəziyyəti ağır olaraq qalır.

Hadisə zamanı iki nəfər isə itkin düşüb.