Portman “Yəhudi Nobeli”nin sahibi oldu
Aktrisa Natali Portman İsrailin "Genezis” adlı mükafatını qazanıb.
Adalet.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə 1 milyon dollar dəyərində olan mükafat hər il təqdim edilir.
"Genezis”i həm də "Yəhudi Nobeli” da adlandırırlar. Mükafat özünün peşəkar uğurları və yəhudi dəyərlərinə sadiqliyi ilə gələcək nəsilləri ruhlandıran ictimai xadimlərə təqdim olunur.
Portman mükafata görə təsirləndiyini bildirib. "Mən İsrail köklərim və yəhudi irsimlə fəxr edirəm”, - aktrisa bildirib.
O deyib ki, bu məbləği İsrail və onun hüdudlarından kənardakı qadınlara xərcləyəcək.
Portman "Genezis”in beşinci laureatıdır. Bundan əvvəl mükafat Nyu-Yorkun eks-meri Maykl Blumberqə və aktyor Maykl Duqlasa təqdim olunub.
Digər Xəbərlər
03 May 2024 21:51
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14