Polşa qırıcılarını Ukrayna sərhədinə göndərib
Polşa Ukrayna ilə sərhəddə peyda olan pilotsuz uçuş aparatları ilə əlaqədar qırıcılarını havaya qaldırıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin operativ komanda mərkəzinin “X” səhifəsində paylaşım olunub.
“Hava məkanımızda Polşa və müttəfiqlərə aid aviasiya hərəkətə keçib”, - paylaşımda əlavə olunub.
Qeyd edilir ki, sərhədə göndərilən hərbi hava nəqliyyat vasitələrinin növbətçi qırıcı cütləri və uzaqməsafəli aşkarlama təyyərəsi olduğu deyilir.
Bundan başqa, ölkənin hava hücumlarından müdafiə və radiolokasiya-kəşfiyyat sistemləri tam döyüşə hazır vəziyyətə gətirilib.
Digər Xəbərlər
08 Dekabr 2025 15:02
Antalyada zəlzələ oldu
08 Dekabr 2025 13:53
İstanbul və Antalya dünyanın ilk 10-luğunda…- “Top 100 City Destinations Index 2025”
08 Dekabr 2025 12:28
İstanbulda narkotik əməliyyatı - Polis şəhid oldu - YENİLƏNİB
08 Dekabr 2025 12:23


Bakı -°C

