Politoloq: “Ruben Vardanyanın həbsi gözlənilən idi, çünki...”
“Ruben Vardanyanın saxlanması gözlənilən idi, çünki son vaxtlar Vardanyan və Rusiya sülhməramlı kontingentinin nümayəndələri arasında bir az soyuqluq hiss edilməkdə idi. Ümumiyyətlə, Ruben Vardanyan son üç ay ərzində demək olar ki, küncə sıxışdırılmışdı. Rusiyalı nümayəndələr tərəfindən verilən açıqlamada da “biz Ruben Vardanyana sahib çıxmayacağıq, o, Rusiya vətəndaşlığından çıxıb. Digər vətəndaşlara da örnək olsun ki, Rusiya vətəndaşlığından çıxmağın bədəli nədir” deyilməsi də onu göstərir ki, Vardanyanla Rusiya sülhməramlı kontingenti, Rusiya və separatçı rejim arasında bir gərginlik var idi”
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq Ruben Vardanyanın həbsinə belə münasibət bildirib:
“Ruben Vardanyanın son çıxacağı nöqtə Laçın keçid məntəqəsi idi və burda da onun həbs edilməsi qaçılmaz idi. Azərbaycan dövləti üç yüzdən artıq Ermənistandan və Qarabağdan olan cinayətkarın siyahısını hazırlayıb. Onların içində Vardanyan, keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryan da var. Yəqin ki, onlar da zamanı gələndə həbs ediləcək. Amma hər halda artıq Ruben Vardanyanın saxlanması ona işarədir ki, Azərbaycan dövləti qarşısına qoyduğu hədəfləri həyata keçirdir. Çünki Azərbaycan ərazisində birinci Qarabağ savaşı dövründə və ondan sonrakı mərhələdə çoxlu sayda cinayət törətmiş şəxslərin belə asanlıqla Azərabaycan ərazisindən əlini-qolunu sallayaraq gedəcəyi inandırıcı görsənmirdi. Eyni zamanda, Azərbaycan dövləti onu göstərmiş oldu ki, illər keçsə də cinayətkarın mühakimə edilməsi qaçılmazdır və o mühakimə ediləcək. Hər kəs cinayətinə görə məhkəmə, ədalət qarşısına cavab verəcək.
Təbii ki, Ruben Vardanyanın da cinayətləri çox olub. Ən böyük cinayəti odur ki, o, Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq gəlib və orada qondarma bir separatçı rejimin başında durub və özünü o rejimin “naziri” kimi təqdim edərək, Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşaraq, qəsb etməklə həmin ərazidə özünü qondarma rejimin lideri olaraq göstərməyə çalışmışdır. Əslində bu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, cinayətdir və düşünürəm ki, Ruben Vardanyanın həbs edilməsi qaçılmaz idi. Bu həbslər təkcə Vardanyanla bitməyəcək, çünki qarşıdakı dönəmdə digər cinayətkar ünsürlərin də həbs edilərək məhkəmə qarşısına çıxarılması və cinayətlərinin onlara sübut edilərək layiq olduqları cəzaları alması həyata keçiriləcək. Hesab edirəm ki, vacib olan şəxslər Vaqif Xaçaturyan, Ruben Vardanyan və digər cinayətkarların da həbs edilməsi qaçılmazdır”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
17 Mart 2026 13:51
"Qanunun bu maddəsinin əleyhinəyəm" - Deputat
17 Mart 2026 13:32
Milli Məclis Prezident və birinci xanımı təbrik edib
17 Mart 2026 11:42
Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi
17 Mart 2026 11:38
"Dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin..." - Siyavuş Novruzov
17 Mart 2026 11:37
Razi Nurullayev: Əlillik təyinatı prosesi vətəndaşlara çətinlik yaradır
17 Mart 2026 11:31
Deputat Müdafiə Nazirliyinə sorğu ünvanladı: "İctimaiyyət vaxtında məlumatlandırılmalıdır"
17 Mart 2026 11:21
“Ermənilər Qarabağla bağlı tezislərin yeni müharibəyə səbəb olacağını anlamamış deyillər”
17 Mart 2026 11:02


Bakı -°C

