Politoloq:"Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərarlar tövsiyə xarakterlidir" - MÜSAHİBƏ
jpg-1677158559.jpg)
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Laçın yolundakı vəziyyətlə bağlı qərar qəbul edib. Qərarda Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı bir daha təsdiqlənib.Mövzu ilə bağlı suallarımızı politoloq Nəsimi Məmmədliyə ünvanladıq.
Adalet.az –ın suallarına cavab verən politoloq bildirdi ki, əslində bu qərar tövsiyyə xarakteri daşıyır:”Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2022-ci ildə “Ermənistan Azərbaycana qarşı” işi üzrə qərarını açıqlayıb. Qərar “Azərbaycan Laçın dəhlizində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə fasiləsiz hərəkətini təmin etməlidir” şəkilində yayılıb. İlk növbədə bilməliyik ki, Ədalət Məhkəməsi dövlətlərin təqdim etdiyi hüquqi mübahisələrin həlli üzrə məsləhətçi rəy verən orqandır. Onun çıxardığı qərarlar tövsiyə xarakterlidir”.
- Ümumiyyətlə, bu Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərarların Azərbaycana ciddi təsiri ola bilərmi?
- Məhkəmənin qərarından anlaşılır ki, Ermənistanla Azərbaycan arasında bir sıra hüquqi mübahisələrlə bağlı hələ yekun qərar yoxdur. Bu isə yekun qərar qəbul edilənədək verilən tövsiyədir.
- Ermənilərin “bağlanıb” dediyi Xankəndi –Laçın yolu ilə Xankəndiyə humanitar yardım konteynerləri, Rusiya sülhməramlılarının yük maşınları, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yardımları mütəmadi olaraq daşınır, eləcə də , Xankəndidən mülki şəxslər, xəstələr, Ermənistana gedir-gəlir. Həmin yolla Arayik Artyunyan bir dəfə Fransaya, daha sonra Moskvaya işgüzar səfərlər edib. Hətta qondarma prezidentdən sonra qondarma dövlət naziri Ruben Vardanyan da o yol ilə Moskvaya səfərə gedib. Əgər yol bağlıdırsa, bəs bu necə baş verir? Məhkəmə, heç olmasa Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin hesabatlarınadamı baxmır?
- Əslində Laçın yolunun bağlı olmadığı hər kəsə məlumdur. Aksiyanın ilk günündən Azərbaycanın rəsmi mövqeyi də bunu təsdiq edir. Eyni zamanda bu yol ilə sərbəst hərəkəti göstərən çoxsaylı foto-video faktlar var. Yəni, bu qərar xüsusi olaraq hansısa yenilik yaratmayacaq. Ermənistan həmçinin beynəlxalq məhkəmədən Azərbaycan tərəfinə etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsini”tələb edirdi. Lakin Məhkəmə Ermənistanın bu tələblərini rədd edib.
- Amma , Azərbaycanın Ermənistana qarşı qaldırdığı haqlı iddia üzrə vəsatətinə baxmaqdan imtina edib...
- Təəssüf ki, Beynəlxalq Ədalət Məhkəməsi bundan daha önəmli olan, insan həyatı üçün mühüm əhəmiyyət kəsb edən məsələ ilə bağlı fərqli yanaşma sərgiləyib. Bəli, Məhkəmə Azərbaycanın Ermənistana qarşı qaldırdığı haqlı iddia üzrə vəsatətinə baxmaqdan imtina edib. Azərbaycan ərazilərində minaların basdırılması və Laçın yolu ilə minaların daşınmasını dayandırmaqla bağlı Ermənistana qarşı tədbirlərin görülməsini istəmişdi. 10 noyabr “Atəşəkəs Bəyanatı”ndan sonra Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkar edilərək zərərsizləşdirilib. Bu minaların partlaması nəticəsində 282 vətəndaşımız minaya düşüb. Onlardan 41 şəxs həlak olub.  Haaqa məhkəməsinin bu istiqamətdə yanaşması ədalət prinsipinin kobud pozuntusudur. Azərbaycan beynəlxalq məhkəmədə Ermənistana qarşı tutarlı sübutlarla mübarizəsini davam etdirməlidir.
-Maraqlı müsahibəyə görə təşəkkür edirik.
 Əntiqə Rəşid
 
Digər Xəbərlər
 30 Oktyabr 2025 17:32
 30 Oktyabr 2025 17:32 Günay Əfəndiyeva: “Azərbaycan ilə Qazaxıstanın tərəfdaşlığı həyatın müxtəlif istiqamətləri üzrə genişləndirilməkdədir”
 27 Oktyabr 2025 11:22
 27 Oktyabr 2025 11:22 Hamiləlikdə hansı qidalar tövsiyə olunmur?
 27 Oktyabr 2025 10:32
 27 Oktyabr 2025 10:32 Dənizin sözə dönən səssizliyi – Dənizçi-şairlə söhbət
 27 Oktyabr 2025 09:33
 27 Oktyabr 2025 09:33 Müasir dövrdə kitabxanalar biliklər kompleksidir - MÜSAHİBƏ
 27 Oktyabr 2025 08:43
 27 Oktyabr 2025 08:43 «MÜASİR AZƏRBAYCAN BƏDİİ ƏDƏBİYYATININ STRUKTUR TƏRKİBİ...»
 24 Oktyabr 2025 11:26
 24 Oktyabr 2025 11:26 Qrip mövsümü başlayır. Peyvənd kimlərə vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavab verir
 21 Oktyabr 2025 09:47
 21 Oktyabr 2025 09:47 Qəşəm Nəcəfzadə: “ Məmməd İsmayıl da, İsa İsmayılzadə də məni heç vaxt çap etməyiblər” - MÜSAHİBƏ
 20 Oktyabr 2025 11:38
 20 Oktyabr 2025 11:38 

 Bakı -°C
 Bakı -°C 






