Polisə qarşı zor tətbiq edən şəxslərin işi məhkəməyə göndərildi
Ötən il noyabrın 30-da Sabirabad rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərərək xuliqanlıq hərəkətləri edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Sabirabad rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, istintaqla rayonun Moranlı kənd sakinləri Rizvan və Ruslan Mansurovların qeyd olunan tarixdə sonuncuya məxsus çayxanada qumar oyunlarının təşkil edilməsini aşkar etmiş xidməti vəzifələrini yerinə yetirən Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərmələrinə, daha sonra bir qrup şəxs halında xuliqanlıq hərəkətləri etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rizvan və Ruslan Mansurovlara Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Digər Xəbərlər
29 Sentyabr 2026 14:38
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
29 Sentyabr 2026 11:09
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
29 Sentyabr 2026 10:53
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39
7 il əvvəlki cinayətin üstü açıldı - Tanışını öldürüb, meyitini su quyusuna atıbmış
21 Sentyabr 2026 09:44
Azərbaycanda yeni hüquqi platforma yaradıldı
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05


Bakı -°C

