Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Adalet.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunda həyata keçirilən tədbirlər zamanı 42 yaşlı S.Əlizadə və əvvəllər məhkum olunmuş 43 yaşlı İ.Hüseynzadə saxlanılıblar. S.Əlizadənin idarə etdiyi avtomobildən və İ.Hüseynzadənin yaşadığı evin zirzəmisindən ümumi çəkisi 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Narkokuryerliyə cəlb olunan tanışlarda narkotik və silah aşkarlandı

Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

Narkotikin təsiri altında olan mikroavtobus sürücüsü tutuldu - VİDEO
