“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı - VİDEO
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq etməkdə şübhəli bilinən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, o, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif Mamedov” adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib. F.Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib.
Faktlarla bağlı araşdırma aparılır. F.Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
"Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər", - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
21 Aprel 2026 10:19
Xocalıda müsadirə olunmuş narkotik məhv edildi
20 Aprel 2026 10:45
Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı
18 Aprel 2026 13:03
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb
17 Aprel 2026 17:19
Keçmiş arvadını qətlə yetirib evi və maşını partlatdı - Bakıda dəhşət
17 Aprel 2026 09:51
196 ölkədə axtarılan azərbaycanlı belə ələ keçirildi - VİDEO
16 Aprel 2026 11:07
Binəqədidə saxlanılan şəxslərdən 54 kq narkotik vasitə aşkarlandı - VİDEO
15 Aprel 2026 16:31
Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlandı
15 Aprel 2026 12:57


Bakı -°C

