adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Avqust 2016 14:32
6035
DÜNYA

PKK hərbi bazaya hücum etdi: 4 şəhid, 8 yaralı

Türkiyənin Diyarbakər rayonunun Lice qəsəbəsində bir qrup PKK terrorçusu hərbi bazaya qumbaraatan və iriçaplı avtomatlarla hücum edib.

Adalet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 4 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb.

Hücumu təşkil edən terrorçuları zərərsizləşdirmək üçün havadan əməliyyatlara başlanılıb.

Bu gün Bingölün Karlıova qəsəbəsində həyata keçirilən əməliyyat zamanı da birhərbçi şəhid olub.