Piyadanı vurub qaçan sürücü tapıldı
Sumqayıt şəhərində piyadanın xəsarəti ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat Xidmətindən Adalet.az -a verilən məlumata görə, dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və yol qəzasının "Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb. Araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 12:51
Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:13