adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Iyul 2020 23:43
76592
MARAQLI

Pişik sahibinin yarasını yaladı, qadın öldü

Pişik ev sahibinin ölümünə səbəb olub.

Bu barədə məlumatı Mirror nəşr yayıb. Məlumatda bildirilir ki, pişiyin ev sahibi yuxudaykən onun yarasını yalaması nəticəsində tüpürcəyindən keçən bakteriya qana düşüb və qadının qanı zəhərlənib. 9 gün komada qalan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Avstraliyanın paytaxtıMelburn şəhərində baş verib. Qadının ölümü barədə məlumatı övladları təsdiqləyib və onun ölümündə pişiyi günahlandırıblar.

Həkimlər də qadının bu səbəbdən öldüyünü təsdiqləyib və ev heyvanı saxlayan şəxsləri diqqətli olmağa çağırıblar.

milli.az