Pilotların xilas edilməsi əməliyyatı film olacaq
“Transformerlər”, “Qaya”, “Perl-Harbor” və “Armageddon” kimi layihələr üzərində işi ilə tanınan amerikalı rejissor Maykl Bey İranda ABŞ Hərbi Hava Qüvvələrinin iki pilotunun xilas edilməsi haqqında film çəkəcək.
Adalet.az xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat yayıb.
Məlumata görə, film İran ətrafındakı münaqişə zamanı “F-15E Strike Eagle” qırıcısının qəzaya uğramasından sonra ABŞ hərbçilərinin genişmiqyaslı xilasetmə əməliyyatından bəhs edəcək.
Film professor və sənədli əsərlərin müəllifi Mitçell Zukoffun kitabı əsasında lentə alınacaq. Kitab 2027-ci ildə işıq üzü görəcək. Rejissorun sözlərinə görə, yeni film son illərin ən mürəkkəb xilasetmə əməliyyatlarından birində ABŞ hərbçilərinin qəhrəmanlığı və fədakarlığına həsr olunacaq.
Xatırladaq ki, aprelin 3-də İranın hava məkanında vurulan “F-15E Strike Eagle” qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsi əməliyyatı ötən ay dünya mediasında müzakirə edilən əsas mövzulardan birinə çevrilmişdi.


Bakı -°C

