adalet.az header logo
  • Bakı -°C
01 Avqust 2026 14:43
79
İDMAN
A- A+

Azərbaycanın dörd güləşçisi Türkiyədəki beynəlxalq turnirdə medal əldə edib

Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.

Adalet.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk "3-lük"də yer alıb. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medalı boynundan asıb.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.