“ABŞ və İsrail bu həftəsonu İranı vuracaq”
ABŞ və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi nəzərdən keçirdiyi bildirilir.
Adalet.az xəbər verir ki, bu barədə “CBS News” anonim ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, müzakirə olunan plan İranın enerji infrastrukturuna qarşı indiyədək ən geniş bombalama kampaniyalarından birini nəzərdə tutur. İddialara əsasən, mümkün hücumların əsas hədəfləri elektrik stansiyaları və neft emalı zavodları ola bilər.
ABŞ rəsmilərinin bildirdiyinə görə, İsrail tərəfi plan barədə məlumatlandırılıb və Vaşinqtonla koordinasiya aparılır. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın mümkün əməliyyatla bağlı hələ yekun qərar vermədiyi vurğulanır.
Mənbələrin sözlərinə görə, məsələ Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında müzakirə edilib. Bildirilir ki, Ağ Evdə bəzi yüksəkvəzifəli rəsmilər belə bir əməliyyata qəti şəkildə qarşı çıxıblar.
İsrail mənbəsi isə iddia edib ki, Baş nazir Benyamin Netanyahu bu həftənin əvvəlində Donald Trampla görüşündə İranla bağlı üç mümkün hərbi ssenarini, o cümlədən, quru təchizat marşrutlarına zərbələr endirilməsi variantını müzakirə edib.
Digər ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton administrasiyası münaqişə çərçivəsində həm hərbi, həm də mülki məqsədlər üçün istifadə olunan körpüləri artıq hədəfə alıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt “CBS News”a açıqlamasında Donald Trampın mövqeyini belə ifadə edib: “Prezident Trampın bugünkü kabinet iclasında dediyi kimi, ABŞ qalib gələcək və İran onun prezidentliyi dövründə nüvə silahına sahib olmayacaq”.
Digər Xəbərlər
01 Avqust 2026 09:24
ABŞ Çinə qarşı sanksiyaları genişləndirdi: Daha 43 şirkət “qara siyahı”ya salındı
01 Avqust 2026 08:50
53 mindən çox miqrant geri qayıdıb
01 Avqust 2026 08:34
İran sanksiyalardan belə yayınıb
01 Avqust 2026 08:25
Rusiya Kiyevi ballistik raketlərlə vurdu - 9 ölü, 23 yaralı
31 Iyul 2026 18:01
Paşinyan Ermənistan dəmir yollarının Rusiya idarəçiliyindən çıxarılacağını açıqladı
31 Iyul 2026 18:00
25 min miqrant könüllü olaraq Seutanı tərk etdi
31 Iyul 2026 17:00
ABŞ və İsrail İrana qarşı quru blokadası tətbiq edə bilər - KİV
31 Iyul 2026 16:49


Bakı -°C

