Pezeşkianın bu görüntüləri gündəm oldu - VİDEO
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə keçirilən rəsmi tədbir maraqlı anlara səhnə olub.
Adalet.az xəbər verir ki, görüş çərçivəsində təşkil edilən simvolik ağacəkmə mərasimində İran Prezidenti prosesə gözləniləndən daha ciddi yanaşıb.
Məlumata görə, dünya liderlərinin əksəriyyəti belə tədbirlərdə sadəcə ağacın əkilməsi üçün torpaq ataraq mərasimi tamamlayır. Lakin İran Prezidenti proseslə kifayətlənməyərək, ağacın tam şəkildə əkilib bərkidilməsinə qədər işi davam etdirib.
Şahbaz Şərif isə bu vaxt İran Prezidentinin çiyninə toxunaraq, ondan dayanmasını istəyib, lakin Pezeşkian israrlı şəkildə işini davam etdirib.
Hadisə tədbirdə olan digər iştirakçılar arasında da təbəssümlə qarşılanıb, sosial şəbəkələrdə isə günün ən çox müzakirə edilən videolarından biri olub.
Digər Xəbərlər
25 Iyun 2026 10:59
Dünyanın ən qədim meteor krateri aşkarlandı - Yaşı 3 milyard ildən çoxdur
25 Iyun 2026 10:55
“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - VİDEO
25 Iyun 2026 10:10
Vens Türkiyəyə F-35-lərin verilməsindən danışdı
24 Iyun 2026 21:00


Bakı -°C

