adalet.az header logo
  • Bakı -°C
25 Iyun 2026 10:55
80
DÜNYA
A- A+

“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - VİDEO

“NATO-nun Ankarada keçiriləcək sammitinə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətimə görə qatılacağam”.

Adalet.az “Anadolu”ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ liderinin sözlərinə görə, o, Ərdoğanla söhbət edib və bu söhbət zamanı Türkiyə Prezidenti onu şəxsən NATO sammitinə dəvət edib.

“Son 2 ayda baş verən hadisələrdən sonra bir çoxlarına görə getməzdim, lakin o (Ərdoğan - red.) məni dəvət etdi... Mən prezidentə olan hörmətimə görə gedəcəyəm”, - Tramp deyib.

Türkiyəyə F-35 qırıcılarının və F-110 mühərriklərinin mümkün tədarükü barədə sualı cavablandırarkən o, qarşıdakı səfəri zamanı Ankaranı sevindirə biləcəyini söyləyib.

“Düşünürəm ki, bəli. O, NATO-nun güclü üzvüdür. O, çox güclü orduya malikdir. Bəli, mən, yəqin ki, onu çox sevindirəcək bir şey edəcəyəm”, - dövlət başçısı deyib.

Onun sözlərinə görə, bir çoxları Türkiyənin hərbi baxımdan nə qədər güclü olduğunu anlamırlar.

Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək.