Peyvəndlər övladlarımızı və bizi hansı xəstəliklərdən qoruyur? - Aytəkin Qurbanova
“İmmunlaşdırma həftəsi” ərəfəsində respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi nəzərdə tutulur.
İmmunlaşdırma Həftəsi insanların peyvənd almaq imkanını yaxşılaşdırmaqla peyvəndlə əhatənin yüksək səviyyəyə çatdırılmasını və minlərlə uşağın yoluxucu xəstəliklərdən qorunmasını təmin edir”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim-epidemioloq Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, dünyada hər il uşaqların vaksinasiyası sayəsində 4 milyon ölümün qarşısı alınır:
“Peyvəndlər uşağı, xüsusən immun sistemi zəif inkişaf etmiş körpələri ciddi fəsadlara və ya ölümə səbəb oluna biləcək xəstəliklərdən qoruyur. Hər bir uşağın hələ də ciddi fəsadlar yaradan ağır xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var. Məhz bu səbəblə, immunlaşdırmanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə uşaqları bir sıra ciddi xəstəliklərdən qoruyan effektiv və təhlükəsiz peyvəndlər mövcuddur.
Peyvəndlər hər gün müxtəlif mikrob və viruslarla təmasda olan uşaqların immun sistemini gücləndirməklə onları peyvəndlə qarşısı alınan xəstəliklərdən qoruyur”.
A. Qurbanova qeyd edib ki, uşağın peyvənd təqviminə uyğun vaxtında peyvənd olunması vacibdir:
“Vaksinasiyanın əhatəsi aşağı düşdükdə kökü kəsilməkdə olan qızılca, difteriya, poliomielit kimi yüksək yoluxuculuğa malik olan təhlükəli xəstəliklər geri qayıda bilər. Yoluxucu xəstəliklərdən qorunmağın başlıca profilaktika yolu peyvənddir. Peyvəndlərin məhz vaxtında aparılması uşağın sağlamlığını qoruyur. İmmunlaşdırma həyatın bütün dövrlərində sağlamlığı qoruyur”.
Digər Xəbərlər
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
12 Sentyabr 2026 10:02


Bakı -°C

