”Beynəlxalq idman tədbirləri mövcud potensialın nümayiş etdirilməsinə şərait yaradır”
Azərbaycanın FİFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman ailəsinin fəal üzvü olmasının, idman infrastrukturunun və gənclərin fiziki, mənəvi inkişafına göstərilən diqqətin göstəricisidir. Müxtəlif ölkələrdən gələn yeniyetmə idmançıların bir araya gəlməsi həm də beynəlxalq təcrübə qazanmaq imkanı verir.
Prezident İlham Əliyevin açılış mərasimində iştirakı isə dövlət səviyyəsində idmana və gənclərin inkişafına verilən önəmin ifadəsidir. Bu, Azərbaycanın idman siyasətinin, sağlam həyat tərzinin təşviqinin və ölkənin beynəlxalq idman əlaqələrinin inkişafının əhəmiyyətinin təsdiqidir.
Azərbaycanda idmanın inkişafı uzunmüddətli dövlət siyasətinin istiqamətlərindən biridir. Dünya standartlarınq uyğun idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların təşkili, peşəkar idmançıların hazırlanması və gənclərin müxtəlif idman növlərinə cəlb olunması bu siyasətin əsas istiqamətləridir. Belə tədbirlər mövcud potensialın beynəlxalq miqyasda nümayiş etdirilməsinə şərait yaradır.
U-15 kateqoriyası isə xüsusi əhəmiyyətə malikdir. Çünki bu yaş dövründə idman fiziki hazırlığın artırılması ilə yanaşı, həm də intizam, məsuliyyət, komanda ruhu kimi keyfiyyətlərin formalaşmasına təkan verir. Yeniyetmələrin beynəlxalq yarışlarda iştirakı onların gələcək idman karyerası üçün mühüm təcrübə qazanmalarına şərait yaradır.
U-15 Dünya Kuboku və Festivalının ən mühüm xüsusiyyətlərindən biri onun geniş coğrafi əhatəsidir. Bakıda keçirilən ilk turnirdə 189 milli assosiasiyanı təmsil edən komandalar və 3 mindən çox futbolçu ilə rəsmi nümayəndə iştirak edir. Bu, yeniyetmələr arasında futbolun inkişafı və daha çox ölkənin beynəlxalq yarış təcrübəsi qazanması baxımından əhəmiyyətli təşəbbüsdür.
Azərbaycan üçün bu tədbir həm də idman diplomatiyasının imkanlarını genişləndirir. Dünyanın müxtəlif ölkələrindən gələn idmançılar, məşqçilər, federasiya nümayəndələri və digər qonaqlar ölkəmizlə yaxından tanış olmaq fürsəti əldə edirlər. Belə təmaslar idman əlaqələrinin inkişafına, ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasına töhfə verir.
Azərbaycan millisinin turnirin açılış oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub etməsi də ölkəmizdə keçirilən bu tarixi tədbirə idman uğuru ilə başlanğıc verdi. Prezident İlham Əliyev oyundan sonra futbolçularla görüşərək onların çıxışını yüksək qiymətləndirdi. Dövlət daşçısının da söylədiyi kimi, “ölkəmizdə belə mötəbər yarışın keçirilməsi böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq.”
Ümumiyyətlə, ilk U-15 Dünya Kuboku və Festivalının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq idman aləmində nüfuzunun möhkəmlənməsinə, futbolun inkişafına və mötəbər yarışların təşkili sahəsində təcrübənin zənginləşməsinə xidmət edəcək.
Digər mühüm məqam bu yarışın gələcək idman layihələri üçün yaratdığı təcrübədir. Məlum olduğu kimi, Azərbaycanın 2027-ci ildə Özbəkistanla birgə FIFA U-20 Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşması beynəlxalq futbol tədbirlərinin təşkili sahəsində ardıcıl fəaliyyətin davam etdiyini göstərir. U-15 turniri zamanı qazanılan təcrübə gələcək yarışların təşkilində də faydalı olacaq.
Bu tədbirin mərkəzində yeniyetmələr, onların inkişafı və futbolun gələcəyi dayanır. Müxtəlif səviyyəli komandaların eyni yarışda iştirakı gənc futbolçulara öz bacarıqlarını sınamaq, təcrübə mübadiləsi aparmaq və idmana fərqli yanaşmaları öyrənmək imkanı verir. Bu, futbolun kütləviliyinin artırılması, uşaqların idmana marağının gücləndirilməsi və sağlam həyat tərzinin təşviqinə töhfə verir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
25 Oktyabr 2026 13:04
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - VİDEO
25 Oktyabr 2026 12:58
Bütün dondurulmuş münaqişələr yenidən alovlanır - Səxavət Məmməd yazır
25 Oktyabr 2026 11:10
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi
24 Oktyabr 2026 14:09
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18


Bakı -°C

