Pentensiar Xidmət: “Heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir”
Bir sıra KİV-lərdə və sosial şəbəkələrdə həbsxanada yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış bloger Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı cəzaçəkmə müəssisələrində saxlanılan bəzi məhkumlar tərəfindən aclıq aksiyası keçirildiyi barədə məlumatlar yayılıb.
Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindənModern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir:
"Bununla bağlı yayılmış məlumatlar reallığı əks etdirmir, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıyır. Hər zaman olduğu kimi bu gün də Penitensiar xidmət tabe qurumlardakı vəziyyətlə bağlı ictimaiyyəti maraqlandıran istənilən məsələyə aydınlıq gətirməyə və kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmağa hazırdır".
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09