adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Mart 2024 16:19
1961
MƏMLƏKƏT

Pensiyaçılara ildə iki dəfə əlavə müavinət verilsin - TƏKLİF

Pensiyaçılara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinətin verilməsi təklif edilir. 

Adalet.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib. 

Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinət verilməsi imkanına baxılması yaxşı olar.