adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 11:52
1157
MƏMLƏKƏT

Heç olmasa, Musa Yaqubun xətrinə...

Dünyanın çox gözəl yerləri var. Və o gözəl məkanlardan biri də İsmayıllının  Buynuz kəndidir.

Daha doğrusu, xalq şairi Musa Yaqubun kəndi! Bir Cənnətə bənzəyir bu yerlər. Gözəl torpağı, gözəl meşələri və bunlardan da  gözəl insanları!  Burda hər şey gözəldir, ancaq bir yoldan başqa! Hər il yaz və yay mövsümündə bu kənddəki gözəllikləri görmək üçün çoxlu sayda turistlər gəlir! Onlar təbii ki, bu gözəlliklərdən zövq alırlar. Bu kənddə həm də  "Şahdağ" Dövlət Qoruğu fəaliyyət göstərir.

Aydındir ki, turistlər qoruğa da səyahət edirlər. Kəndin yolu isə bu qoruğa qədər uzanır. Təəssüf ki, yol çox bərbad gündədir. El dilində demiş olsaq, heç buynuza  yaraşan  yol deyir.Bir avtomobil  yoldan keçəndə ya çalaya düşür, ya da ki,toz ətrafı bürüyür! Bax bu yolun yenidən  tikilməsinə böyük ehtiyac var! Bu   yolu ölkənin yüksək vəzifəli məmurları da görməmiş deyil.

Ən azından Buynuz xalq şairi Musa Yaqubun vətəni olduğuna görə bu yolu əsaslı surətdə yenidən inşa etmək olar! Onda Musa Yaqubun ruhu da sevinər, kənd camaatı da, ora istirahətə  gələn insanlar da!

Emil Faiqoğlu