Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır.
“Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək.
İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır”, - o qeyd edib.
Digər Xəbərlər
17 Iyul 2026 13:41
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
17 Iyul 2026 13:38
Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
17 Iyul 2026 13:28
Samir Şərifov sədr təyin edildi
17 Iyul 2026 12:36
"Mygov" platforması ilə bağlı - VACİB XƏBƏR
17 Iyul 2026 11:32
Azad edilmiş ərazilərdə 287 385 ha minadan təmizlənib
17 Iyul 2026 09:39
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
17 Iyul 2026 09:34
Bəzi rayonlara yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
16 Iyul 2026 16:44


Bakı -°C

