Paşinyan Türkiyəyə başsağlığı verdi
Ermənistanın baş naziri Nikol Paşinyan Boludakı hoteldə baş verən yanğın səbəbilə Türkiyəyə başsağlığı verib.
Adalet.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Boludakı faciə nəticəsində həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralılara şəfa diləyirəm",- N.Paşinyan qeyd edib.
Xatırladaq ki, yanvarın 21-i səhər saatlarında Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb. Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb.
Digər Xəbərlər
18 Dekabr 2025 09:58
Abramoviçdən tələb: 2,5 milyardı Ukraynaya ver, əks halda...
18 Dekabr 2025 09:50
Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırdı
17 Dekabr 2025 17:50
"Ukrayna münaqişəsinin həllinə çox yaxınıq" - Rusiya XİN
17 Dekabr 2025 16:04


Bakı -°C

