adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2019 08:40
17472
DÜNYA

Parisdə Notr-Dam kilsəsindəki yanğın söndürülüb - YENİLƏNİB-3

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın söndürülüb.

Trend-in "Le Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın söndürülüb və hazırda isti hissələrin soyudulması prosesi gedir.

"Le Parisien" qəzeti öz növbəsində bildirir ki, yanğının yalnız bir hissəsi söndürülüb.

XXX

05:47

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın lokallaşdırılıb.

Bu barədə "Parisien" qəzeti xəbər verir.

XXX

23:12

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.

Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

XXX

22:20

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.

Yanğın təxminən yerli vaxtla saat 18:50-də başlayıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın davam edir.