adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Sentyabr 2014 22:01
4784
SİYASƏT

Pakistan qəzetləri Azərbaycan köçkünləri haqqında məqalə dərc edib

Pakistanın "Daily Pardez","Daily Azkaar" qəzetləri və "Pakistan in the world"informasiya agentliyi "Daily Pardez" qəzetinin baş redaktoru TazinAxtarın "Azərbaycan köçkünlərinin acı taleyi" adlı məqaləsini dərcedib.

Adalet.az Azərbaycan Xariciİşlər Nazirliyinə istinadən məlumat verir ki, məqalədə Ermənistanın işğalçısiyasəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon da daxilolmaqla Azərbaycanın 20 faiz torpaqlarının zəbt olunması, 750 mindən çoxinsanın isə həmin ərazilərdən məcburi köçkün düşməsi qeyd olunub. Ermənistanınnüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymaması vəPakistanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi məqalədə xüsusiləvurğulanıb.

Pakistanlı jurnalist bu iliniyul ayında işğal altında olan Kəlbəcərdən didərgin düşmüş azərbaycanlıköçkünlər Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun doğma torpaqlarınıziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılması və qondarmarejim tərəfindən açılmış cinayət işi ilə bağlı məlumat verib.

T.Axtarməqaləsində Dilqəm Əsgərovun öz doğma yurduna getməsinin qanunsuz sərhədkeçməsi kimi qələmə verilməsinin əsassız olduğunu bildirib və hələ də erməniəsirliyində olan 4 mindən çox azərbaycanlının taleyi haqqında heç bir məlumatınolmadığını diqqətə çatdırıb.

Müəllif,eyni zamanda, avqust ayında Azərbaycan-Ermənistan sərhədini pozmağa cəhd edənerməni diversiya qrupunun Azərbaycan Silahlı Qüvvələri tərəfindəzərərsizləşdirilməsi, toqquşma nəticəsində 4 nəfər erməni diversantınöldürülməsi və Karen Petrosyan adlı erməninin isə saxlanılması haqqındaoxuculara ətraflı məlumat verib. Sonradan K.Petrosyanın ölümü və Azərbaycanınbu faktla bağlı Qırmızı Xaç təşkilatını dərhal məlumatlandırması xüsusilə qeydolunub. Lakin pakistanlı jurnalist ermənilərin Azərbaycan köçkünlərinə qarşıqeyri-insani rəftarına laqeyd qalan bəzi qərb dövlətlərinin K.Pertosyanın ölümüilə bağlı dərin "narahatlıqlarını və başsağlıqlarını" bildirməsinintəəccüb doğurduğunu yazıb.

T.Axtrarınməqaləsi "bu kimi münasibət işğalçılara dolayısı yolla həvəsləndiricisiqnallar göndərir və mövcud ikili standartları bir daha qabarıq şəkildənümayiş etdirir" sözləri ilə yekunlaşıb.