adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Fevral 2017 10:32
6857
MƏMLƏKƏT

Özbəkistan telekanalında Azərbaycan haqqında veriliş – FOTO

Özbəkistanın "Dunyo boylab”telekanalında"Telesayohat”verilişinövbəti buraxılışınıAzərbaycana həsr edib.

Adalet.az-ın məlumatına görə, "Telesayohat Ozarbayjon”adlanan 2 hissəliveriliş "Dunyo boylab”telekanalında 5 dəfə nümayiş olunub.

Verilişin 1-ci hissəsində Azərbaycan, paytaxt Bakı, şəhərin turizm imkanları, tarixi binalar, turistlər üçün maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılmışdır. Bakının tarixi Qız qalası, İçərişəhər, habelə müasir memarlıq nümunələri, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və s. haqqında verilişdə xüsusi məlumat verilib.

Verilişin 2-ci hissəsində Azərbaycanın Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın məqbərəsi, Nizami məqbərəsi göstərilir və onların tarixi haqqında söz açılır.

Müəllif Azərbaycan təbiətinin incisi Göygöl haqqında məlumat verir.Göygölün füsunkar gözəlliyi onun nəinki Azərbaycanın, dünyanın gəzməli-görməli yerləri siyahısında ön sıralarda olduğunu vurğulayır.