adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyun 2019 16:48
23863
ƏDƏBİYYAT

Övladlarınızın göz yaşını qoruyun…

Övladlarınızıngöz yaşlarını qoruyun… Qoruyun ki, sabah qəbriniz üstdə ağlaya bilsinlər… 

(Pifaqor)

Bayramıuşaqlarla birlikdə keçirmək arzusuyla körpələr evinə yollandı. Bu gün o gülbalaların bayramıdı - ən böyük bayram isə onları sevindirməkdi…

Uşaq evlərinə sığınan körpələr mənim ən həssas,ağrılı yerimdi. Onların valideynlərinin əvəzinə vicdan əzabında boğulmuşam həmişə.O körpələrin gözlərinə baxa bilməsəm də, o məsum gözlərin dərinliyində batmağa cəsarətim çatmasa da, nə qədər sevincliolduqlarını duyurdum. Xoşbəxt idim yanlarında... Kaş ki, sağollaşmaq üçün müdirəxanımın otağına getməyəydim...

Bir qadın vardı müdirə xanımınyanında.. Elə sevindim ki, nə yaxşı, çox adamın ürəyindən keçib bu gün bura gəlmək...Nə yaxşı, uşaqlar gününü burda keçirməyi düşünən xanımlarımız var deyib, - fərəhlənməkistəmişdim guya… Az sonra söhbətdən anladım ki, qadın öz uşağını görməyə gəlib.Özümə yer tapa bilmirdim. Elə bil boğazıma kəndir salıb boğurdular.

Bu günəcən kiminsə işinə qarışmaq tərzimolmasa da, indi söhbət mövzusu uşaqlar idi və susa bilməzdim. Qadın məndən 5-6 yaşböyük olardı, ərkim çatdı elə bil. Müdir uşağı anası ilə görüşdürmək üçün otaqdançıxanda özümü toplayıb birtəhər dedim:

- Xanım, sizə heç cür haqq qazandıra bilməsəmdə, bir təhər anlamağa çalışmaq istəyirəm. Heç bir səbəb sizə sağ-salamat olduğunuzhalda uşağınızı bura verməyə əsas vermir. Çox-çox üzr istəyərək deyim ki, əgər maddidurumunuz, dolanışığınız sizə ana olmağa imkan vermirsə, yetmiş cür kontrasept var,apteklər doludu: janin, yarina… Gedin, alın, için istədiyiniz qədər. Planlaşdırmışolarsınız hamiləliyinizi. Doğru və sizə uyğun zamanda ana olarsınız onda.

Qadın sözümü ağzımda qoydu...

- Bilirsənmi, ojanin kimi hamiləliyə qarşı olan dərmanlar nə günə qoyur qaraciyəri. İndi sənətəsir eləmir e. Amma 45 – 50 yaşdan sonra anasını ağladır qaraciyərin.
… Kaş ki, bu sözləri eşitməyəydim. İnsanlığa bir azda nifrət elədim. Düşün ki, adam öz qaraciyərinin bu qədər qayğısına qalır. Bəso körpələr - o məsum mələklər bizim nəfəsimiz deyilmi? Onlar bizim nəfəsimizdisə,deməli, ağ ciyərimizdi. Bəs o ağ ciyərlərimizi necə məhv elədiyimizin fərqindəyikmi? Bu cür ana adını daşıyan məxluqlar qara ciyərininin 40 yaşdan sonrakı halınayana – yana bədbəxt elədiyi, ruhən şikəst elədiyi yavruları heç düşünürlərmi?

Əgər Cənnət belə"adamlıqdan payı olmayanların" ayağının altındadısa, Sən məni Cəhənnəminəyaz, İlahi. Bunun kimi vücudu bir qəpiyə dəyməyən qadınların 11 dəqiqəlikzövqündən doğulan yüzlərlə məsum uşaq dünya işığına, ana nəvazişinə, ata nəfəsinəmöhtac qalır. Bu cür ruhsuz, ürəksiz qadınlar hər gecə boynuyoğun, içiboş, mənəviyyatıçürük ərlərinin isti bədəninə sarılıb yatanda, arada istiləyib yorğanlarını üstlərindənatanda... heç vicdanları üşüyürmü, görəsən?! ... Vicdanları sızlayırmı ki,onlar burda məst olub xumarlananda uşaqları kimsəsiz kimi körpələr evinin soyuqköşələrinə qısılıb ana yoluna dikir gözlərini... Dodaqları ana yanaqları üçüntitrəyir... Ana əlləri ilə bişmiş yeməklərə ehtiyacları var onların… Ana deyibsarılmaq istəyirlər... Ataları olan o əclafların "balam","meymunum", "məstanım", "doyşanım" deyib əzizləməsiüçün burnunun ucu göynüyür o uşaqların... Nədi o körpələrin günahı ki, o uşaqlarabu dünyada öz layiq olduğunuz cəhənnəmi yaşadırsınız?!

4 kiloluq uşağı və 5litrlik suyu 9 ay bətnində daşıyan hər qadın Ana ola bilmir... Analıq bununlabitmir... anlayana ....İnsanlığın öldüyü yerdə - çürümüş toxumlar üzərindəcücərən, böyüyən fidandı uşaq evləri..
Uşaq ya qoca fərqi yoxdu, Atılmış olmaq lazımsızolmaq deməkdi... bu həyatda lazımsız olduğunu bilməkdən daha böyük faciə yoxdubir insan üçün...

Fikirlərimin burulğanında əzilirəm...

Müdirə xanım balaca gözəl bir qızuşağının əlindən tutub otağına gətirir. Oturduğum yerdəcə stula yapışıbqalıram. Yerimdə donuram az qala... Nəymiş bu gül parçası kimi uşağın günahı?!Şikəst olan o körpə deyil, şikəst olan onun valideynləridir. Və ana dilimizinizahlı lüğətində o "adamcıqların” adı və onların ünvanına deyiləsi söz yoxdu.

Elə bir zamanıniçində yaşayırıq ki, sanki insanların ruhunu çəkib çıxarmış, özgə bir canlıyaçevirmişlər. Ruhsuzlaşan, hissizləşən, özgələşən bu insan dənizinin içində boğuluradam.

Belə yerdə deyirlərki, zaman çat verir... Zamanbilirsiz niyə çat verir? Çünki o zamanın içi bu cür çat zehinli qadınlarla,kişilik, ərənlik duyğusu çatlamış kişilərlə - bu cür çatlaq xislətlilərlədoludu. Zamanın heç nədə günahı yoxdu, havayı yerə hər şeyi zamanın boynunayıxıb, özümüzü sığortalayırıq. Biz adam ola bilməmişiksə, burda zamanlıq və məkanlıqheç nə yoxdu... İnsanlıq çat verəndə hər şey sınır...

Hüseyn Cavidin xanımıMüşkinaz xanımın xatirələrini oxuyanda dünyam dağılmışdı, param-parça olmuşdum,yazırdı ki: Cavid sürgündə olanda gecələr uşaqlarımı yatırıb kimlərinsə pəncərələrinqabağında qoyduğu quru çörək parçalarını toplayır, gətirib evdə yuyur,uşaqlarımın şorbasına doğrayırdım... Kirpiyimlə od götürürdüm ki, balalarım Atasarıdan onsuz da acdılar, heç olmasa qarınları ac qalmasın...

Belə analarımız olubbizim... Biz isə dünyaya gətirdiyimiz qüsurluuşağa görə utanıb onu uşaq evinə verəcək qədər adi, şərəfsiz, ləyaqətsizadamlarıq...
… 
Və bir də bu həyatda şikəst övladlarını dünyadanköçənə qədər qucağında daşıyan ata-analar var, onların qarşısında baş əyirəm…

Günləryarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
r keçən gündən izqalır
Üzümdə cırmaq kimi.
Çətini yaşamaqdı,
Ölmək nədi ki? Heç nə.
Son dəfə nəfəsini çəkib içinə
Bir dərin suya baş vurmaq kimi.
Suyun içindən gəlir dünyaya insan,
Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan,
Əcəl durub yol üstə qarmaq kimi...

Beləcə... Dünya sonlu vəölümlüdü... Bir gün hər şey heç nə ola biləcək qədər sonlu... Əcəl də yolunuzüstə qarmaq kimidi, balalarınızdan qaçsanız da, əcəldən qaça bilməyəcəksiniz.Heç olmasa, öz sabahınız üçün... Qoruyun övladlarızı. Onların göz yaşınıqoruyun... Qoruyun ki, sabah qəbriniz üstündə ağlaya bilsinlər.

(1 iyun, 2019-cu il Mərdəkan).