Ötən il tikinti sektorunda çalışanların maaşı artıb
2016-cı ildə tikinti sahəsində muzdla çalışan işçilərin orta siyahı sayı 95,2 min nəfər təşkil edib, onların 48,2 min nəfəri binaların tikintisində, 24 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, işçilərin 27%-i dövlət, 73%-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,6% artaraq 813,7 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 927,8 manat, dövlət sektorunda isə 527 manat olub.
Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin orta aylıq nominal əməkhaqqı 21,6%, binaların tikintisində 14,9%, mülki təyinatlı inşaat işlərində çalışanların isə 0,9% artıb.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17