adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Oktyabr 2014 13:37
4516
SAĞLAMLIQ

Orqan transplantasiyasının ən öndə gedəni

Bu güntarixə insan üzərində ilk böyrək transplantasiyası kimi düşüb. 1960-cı il,oktyabrın 30-da Londonda bu cərrahi əməliyyat uğurla həyata keçirilib. İnsanlarüzərində təcrübədən əvvəl isə 1902-ci ildə avstriyalı alim E.Ulman tərəfindənitlər üzərində böyrək köçürülməsi əməliyyatları aparılıb. Ancaq heyvanlar üzərindəəldə olunan nəticələr insanlarda eyni effekti verməyib.  İlk dövrlərdə böyrək köçürülən xəstələrin deməkolar ki, hamısı az yaşayıb.

Azərbaycandaisə bir insanın böyrəyinin başqa bir şəxsə köçürülməsi faktı akademik MirməmmədCavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinkiAzərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb.Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb.Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürməəməliyyatı aparılıb.

Bu sahədəənənələrin bərpası yalnız müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. MüstəqilAzərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasındairanlı həkimlərin rəhbərliyi ilə keçirilib.

Hazırda nəinki Bakıda,regionlardakı xəstəxanalarda da bu cür əməliyyatlar həyata keçirilir. 

Qeyd edək ki, dünyada hər 100adamdan biri böyrək xəstəsidir. Bu hesabla dünyada 20 milyona yaxın insan böyrəkxəstəliyindən əziyyət çəkir və 20 milyon insan da risk altındadır. Maraqlıdır ki, bəzi xəstələrinbundan heç xəbərləri də olmur. Səbəb böyrək xəstəlikləri çox gizli keçməsindədir. Dünyada orqan transplantasiyasında böyrək köçürmələri üstünlük təşkil edir. 

Son 10 ildə Azərbaycanın tibb müəssisələrindəböyrəkköçürmə əməliyyatları uğurla aparılır. Bu səbəbdən ölkəmizdə böyrəkköçürməəməliyyatlarının sayı artıb. Təkcə 2013-cü ildə respublikada 60, o cümlədəndövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub.

Orqan köçürülməsinin İslam dinində günah olub-olmaması haqqında indiyədəkmüxtəlif mübahisəli fikirlər səsləndirilib. Bəzi ilahiyyatçılar bunun İslamdagünah olduğunu, ölən adamın bütün orqanları ilə basdırılmalı olduğunu desələr də,əksər din alimləri İslam dininin buna qarşı olmadığını diqqətə çatdırırlar. Quranın bir surəsində də qeyd olunur ki, birinsana həyat bəxş etmək, bütün insanlığa həyat bəxş etmək qədər savabdır. Bundan belə qənaətə gəlməkolar ki, İslam dini də orqan transplantasiyasına icazəverir. 1988-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam ÖlkələriKonfransının toplantısında da meyitdən vəcanlıdan orqan transplantasiyasına icazə verilib.