adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Aprel 2024 16:56
893
SAĞLAMLIQ

Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı

Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb.

Bu barədə Adalet.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, "MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72.50 kq meyvə suyu topları məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.