adalet.az header logo
  • Bakı -°C
10 Iyul 2024 18:45
829
HADİSƏ
A- A+

Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində həlak oldu

Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - məlumatda deyilir.