adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 May 2019 17:35
14497
ƏDƏBİYYAT

Oqtay RZA: AZƏRBAYCAN

Ay-ulduzlubayrağın var,

Qədim,ulu torpağın var;

Özünboyda çırağım var,

Əsrlərdənsorağın var.

Əsirgəmiruğrunda can

Min-minigid Azərbaycan!

Yaşa,eşqi çiçək açan

Azad,vahid Azərbaycan!

İstiqlalınyolu çətin,
Məskənisən bol sərvətin;

Dövranbizi bağışlamaz

Qorunmasatəbiətin.

Azıxdırilk ünvanımız,

Qobustan– daş dastanımız;

Xudafərinkörpüsündən

Yenə keçərkarvanımız.

Bakıdaim şöhrətimiz,
Xəzər mavi qüdrətimiz;

Heykəlkimi ucalacaq

Qürurumuz,qeyrətimiz.

Əsirgəmiruğrunda can

Min-minigid, Azərbaycan!

Yaşa,eşqi çiçək açan

Azad,vahid Azərbaycan!

***

Karpatınhaçabel başından aşdıq,

Nəğməm bələdçininxoşuna gəldi;

Dunaysahilində səhəri açdıq,

Nağıllıgünümüz sanki gödəldi.

Yunangözəlinə qərənfil verdim,

Çexlər bayatımıəzbərlədilər;

Macar mətbəxindəplov bişirdim,

Yedilər,"afərin”, "əhsən” dedilər.

Tatarşairləri məclis qurdular,

Sözdüşdü Vurğundan, Musa Cəlildən;

Bir neçərübai oxutdurdular,
Qorqudu soruşdum türkdilli eldən.

Qarmondaçaldığım "Bayatı-Şiraz”

DolaşdıBeşkekin küçələrini;

Çindədilləndirib "Çüçələrim”i,

Alqışyağışında yuyundum bir az.

Başlanırharadan, nədən yollarım?

Sərhəddəqırılır hərdən yollarım;

Mənimillətimə bağlayan teldir

Bakıdanhər yana gedən yollarım!

Duyğularbəzəyir könül bağımı,

Görüb-götürməyəhazıram yenə;

Ay dost,bildiyimi, bacardığımı

Anam Azərbaycanöyrədib mənə!