Opera və Balet Teatrı yeni mövsümə hazırlaşır
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır.
Teatrın mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, mövsüm ənənəvi olaraq sentyabrın 19-da görkəmli bəstəkar Ü.Hacıbəylinin "Leyli və Məcnun” operası ilə açılacaq.
Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü.Hacıbəyliyə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək. Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa edəcəklər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.
Festival çərçivəsində, həmçinin sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu” baleti, 23-də isə M.Maqomayevin "Şah İsmayıl” operası təqdim olunacaq.
Sentyabrın 26-da balet həvəskarları Qara Qarayevin "Leyli və Məcnun” və "Don Kixot” baletlərini seyr edə biləcəklər.
Sentyabrın 29-da görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi şərəfinə Ü. Hacıbəylinin "Arşın mal alan” teatrsevərlərin ixtiyarına veriləcək. Sentyabrın 30-da isə C.Puççininin "İl Tabarro” operası göstəriləcək.
Digər Xəbərlər
18 May 2024 16:01
Aran regional filialında “Açıq qapı” günü keçirildi
17 May 2024 14:01Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olub - FOTO
17 May 2024 13:39Aparıcı: “ Bir gün də özün üçün yaşa”
17 May 2024 13:38Əməkdar artist: “Həkim dedi ki, çarəsi yoxdur”
16 May 2024 17:52