adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Iyul 2022 13:11
744
İDMAN

Onun üçün həbsdəki illər, ən yaxşı illərdi...

Bəzən insan öz həyatını əsil cəhənnəmə çevirir. Bəzən də yer üzündə sanki cənnəti yaşayır. Təbii ki, bunun səbəbləri hər zaman insandan asılı olmur.  Məhkumluq anlayışı insanı, geniş mənada daha dərindən düşünməyə vadar edir. Biz hamımız sanki yaşamağa məhkumuq. Yaşamağa məhkumuqsa , demək ki, hardasa bizim hər birimizin müəyyən mənada məhdudiyyətlər içindəyik.  Lakin elə adamlar da var ki, onlar üçün həbs həyatı hətta ömrünün ən dəyərli vaxtlarıdır. Misal üçün məhşur boksçu Mayk Tayson kimi. MaykTayson bu yaxınlardakı müsahibələrinin birində, həbsxana həyatını ömrünün ən yaxşı illəri adlandırıb.

Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson həyatının ən yaxşı dövrünün həbsxanada keçirdiyi üç il olduğunu deyib.

Bu barədə o, "The Pivot Podcast" "YouTube" kanalına müsahibəsində danışıb.

 Tayson həmin günlər rahatlıq tapdığını bildirib. "Əgər rahatlığınız, sakitlik və tarazlığınız yoxdursa, pul heç nəyi həll eləmir. Yeməyim pis deyildi, hamı mənimlə mehriban, yaxşı davranırdı", - deyə sabiq dünya çempionu vurğulayıb.

Tayson əlavə edib ki, məhbuslar ondan qorxsalar da, hörmət də edirdilər.

Qeyd edək ki, Tayson 1992-ci ildə zorlama ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmişdi. Boksçu ittihamları qəbul etməyərək, qadınla cinsi əlaqənin razılıq əsasında olduğunu iddia etmişdi. O, demək olar ki, üç il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra 1995-ci ildə azadlığa çıxıb.
55 yaşlı keçmiş idmançının peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.

Bu gün də dünyada öz məhşurluğu ilə sevilən boksçu hələ də haqqında danışılan idman nəhənglərindəndir. İstənilən halda onun bu son açıqlamaları bütün dünyada böyük maraq doğurub.

 

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ