Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək
Valideynlərini itirən uşaqların təhsil üzrə təminatları qaydası dəyişir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq.
Qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər
13 Avqust 2026 13:46
Bəzi ixtisaslarda ballar arta bilər - DİM sədri açıqladı
13 Avqust 2026 10:45
Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı
13 Avqust 2026 10:22
İxtisas seçimi başlayır...
12 Avqust 2026 15:52
İndiki 150 bal, əvvəlki "2 " deməkdir
12 Avqust 2026 13:23
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır
12 Avqust 2026 11:41
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
12 Avqust 2026 09:56
Universitetlərə ixtisas seçimi başladı
11 Avqust 2026 20:06


Bakı -°C

