adalet.az header logo
  • Bakı -°C
13 Avqust 2026 10:22
56
ELM VƏ TƏHSİL
A- A+

İxtisas seçimi başlayır...  

Avqustun 15- dən abituriyentlərin imtahanların nəticələrinə görə, müxtəlif ali məktəblərə ixtisas seçimi başlayır. Bu mərhələ çox ciddi və dəqiq bir məqamdır.

Gərək hər abituriyent son dərəcə diqqətli və məsuliyyətli olsun ki, ixtisas seçimində səhv yol verməsin ! Daha doğrusu, topladığı bala uyğun seçim etməlidir ki, istədiyi ali məktəbə qəbul ola bilsin! Təhsil üzrə ekspert Fuad Məhərrəmov deyir ki,  bu, elə bir andır ki, seçim edərkən yanlışıqlığa yol vermək olmaz. Əgər abituriyentlər istəyir ki, dövlət ali məktəbin pulsuz təhsilinə düşsün.

Bunun üçün ilk növbədə o gənc yüksək nəticə əldə etməlidir. Yoxsa aşağı balla pulsuz təhsili düşmək mümkün deyil. Başqa bir məsələsə, ondan ibarətdir ki, ixtisas seçərkən təcrübəli təhsil işçilərinin köməyindən istifadə olunmalıdır. Çünki peşəkar təhsil işçiləri, təhsil ekspertləri çox yaxşı bilir ki, hansı balla abituriyent hansı ali məktəbə düsə bilər. Bəzən təcrübəsiz təhsil işçinin səhv üzündən ixtisas seçimində abituriyent müsabiqədən keçə bilmir və nəticədə  qəbuldan kənarda qalır! Ona görə də, bu vəziyyətin yaranmaması üçün abituriyentlər daha peşəkar təhsil işçilərinin köməyindən istifadə etməlidir.  Bir faktı da qeyd edək ki, ixtisas seçimi zamanı təhsil ekspertləri 150- 200 manat pul istəyirlər. Hələ bundan da çox pul tələb edən təhsil işçiləri də var!

Bir sözlə, hər bir abituriyentə ixtisas seçimində kömək lazımdır. Amma bu da gərək 150- 200 manat civarında olmasın. Elə müəllim var ki, bu seçim zamanı 50- 100 manat arasında pul istəyir. Bax bu, daha ədalətli bir adamdır. Çünki bu məbləği ödəməy hər bir abituriyentin maddi imkanı çatır!!!

Emil FAİQOĞLU