adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Dekabr 2017 15:26
44739
MÜSAHİBƏ

ON BEŞ YAŞLI MƏHKUMLA MÜSAHİBƏ

YolumuzƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinədir. Müəssisədəməhkumlara yaradılan şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçünmövcud vəziyyəti öyrənmək və bu barədə oxucularımıza geniş məlumat vermək üçünbir neçə saatlıq dəmir barmaqlıqlar arasında qalmalı olduq. Çətindir. Müəssisəyəbir neçə saatlıq təşrif buyursam da ordakı aura adamı yorur. Ancaq UşaqMəhkumlara yaradılan şərait bu yorğunçuluğu müəyyən qədər hiss etdirmədi. İlkbaş çəkdiyimiz yer kitabxana oldu. Müəssisə rəhbəri məlumat verdi ki, burada45-dən artıq məhkum var ki, onların asudə avxtlarının səmərəli təşkili üçün hərcür şərait yaradılıb. Kitabxanda Azərbaycan və rus dillərində çoxlu kitablarvar. Eyni zamanda ümummilli liderlə bağlı guşə yaradılıb, onun həyat vəfəaliyyətindən bəhs edən kitablar burda yer alıb. Müəssisədə cəzasını çəkənməhkumlar üçün bilyard, şahmat, domino və digər stol üstü oyunlar quraşdırlıb, AFFA-nın təşəbbüsü ilə futbol meydançası yaradılıb,idman zalı fəaliyyət göstərir. Məhkumlara dərs keçilit, tədris prosesin dəfərqlənənlərə sertifikatlar verilir.

BurdaAzərbaycanın yaşça ən kiçik məhkumu olan Ramillə (ad şərtidir) kiçik söhbətimizoldu. Utancaq, danışmağa çəkinən Ramil məhkumluq həyatından danışdı.

-Neçə yaşınvar?

-15 yaşım var. Şirvan şəhərindənəm. Statyam 151-dir. Zorlama. 8 il 6 ay iş almışam. 11 aydır ki, məhkumluq həyatı yaşayıram.

-Təqvim qaralıyırsan?

-Qaralamıram.Ancaq günlərimi sayıram.

-Burada şəraitin necədir?

-Yaxşıdır.

-Kitab oxuysan?

-Xeyr.Dərsə gedirəm

-Burda sizlər üçün gözəl şərait yaradılıb.Ancaq bayaqdan baxıram heç nəyə fikir vermirsən. Niyə? 

-Bilmirəm.Nəsə heç nəyə marağım yoxdur. Dərslərimioxuyuram.

-Hansıfənni xoşlayırsan?

-Hamısını.

-Gələcəkdə nə olmaq istəyirsən?

-Gələcəkləbağlı.. Nə bilim..

-Sıxılırsan burda?

-Yox

-Evdə neçə nəfərsiniz?

-Qardaşımvar. 17 yaşındadır.

-Yanına gəlib gedirlər?

-Bəli

-Buradan çıxandan sonra nə olmaq istəyirsən?

-Ağıllıinsan

-Bura sənə nə öyrədib?

-Bilmədiklərimi,həyatı.. Çox şey öyrədib. Qanunları.

-Hansı qanunları?

-....

-Çox danışmağı sevmirsən, deyəsən. Bilməkolar nəyi düşünürsən?

-Azadlığaçıxmağı.

-Çıxıb neynəyəcəksən?

-Ailəməkömək edəcəm.


Ədil Ədilzadə