Ölkəmizin Çaylar Günü yaxud Sərvətimiz: 8550 çay, 450 göl, 136 su anbarı

Uca YARADAN cənnət yurdumuza təbii ehtiyatları səxavətlə bəxş edib. Dünyanın qan damarı hesab edilən çaylar sarıdan da bəxtimiz gətirib. Ölkəmizdə Kür, Araz, Qanıx, Qabırrı, Ağstafaçay, Şəmkirçay, Tərtərçay, Qusarçay, Viləşçay, Lənkərançay, Əsrikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Katexçay və Əyriçay çaylar var və bizim sərvətimizdir.
Adalet.az xəbər verir ki, planetin yaşam səbəblərindən biri olan çayların gündəlik həyatımızda nə qədər mühüm əhəmiyyət kəsb etdiyi ilə bağlı məlumatlılığı artırmaq dünya əhalisi üçün vaciboldu və elə bu səbəbdəndə hər il martın 14-də Beynəlxalq Çaylar Günü qeyd olunmağa başladı.
Bəli, bu ekoloji təqvim 1998-ci ildə təsis edilib. Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirmək məqsədi daşıyır. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və aksiyalar keçirilir.
Oxucularımıza məlumat olaraq bildiririk ki, Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir. Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır.
Çay sularının ehtiyatlarının 67–70%-i qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır. Çay sularının ümumi təbii ehtiyatları 28,5–30,5 km³, qonşu ölkələrdən transsərhəd çaylarla daxil olan su ehtiyatları 19,0–20,5 km³, yerli axım 9,5–10,0 km³ təşkil edir.
Azərbaycanda 394 km² sahəsi olan 450-yə yaxın göl mövcuddur, onlardan onunun su səthi 5 km²-dən artıqdır. Göllərdən bəziləri şirinsulu, digərləri şorsulu göllərdir. Ən böyük göl Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür. Onun sahəsi 65,7 km², tutumu 59,1 milyon kub metrdir. Candargöl Gürcüstanla sərhəddə yerləşir, sahəsi 10,6 km², tutumu 51 milyon m³ -dir. Azərbaycanda 136 su anbarı və süni sututarları yaradılmışdır, onların ümumi sahəsi 982,84 km², ümumi həcmi isə 21464 mln.m³-dir.
Hər birinin həcmi 1 mln.m³-dən çox olan 64 su anbarı vardır. Su anbarları həm çaylarda (məcra su anbarları), həm də çaylardan kənarda yerləşirlər (məcradan kənar su anbarları). Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib,
İçməli su məqsədilə istifadə edilən əsas su anbarları Ceyranbatan, Taxtakörpü, Şəmkirçay, Mingəçevir, Xanbulançay və Viləşçay su anbarlarıdır. 2010–2019-cu illərdə Azərbaycanda məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb.
Sərvətimizi sevək, qədrini bilək!
Əntiqə Rəşid
Digər Xəbərlər

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti gücləndirib

Liderlər və qızları şəkil çəkdirdilər - VİDEO

Ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Ombudsmana ən çox kommunallara görə müraciət edilib
