Ölkədən külli miqdarda pul çıxarmaq istədilər
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.
Lakin həmin şəxsin əl çantası və üst geyimi rentgen aparatından keçirilərkən monitorda pul əsginaslarına bənzər təsvirlər görünüb.
Təkrar yoxlama nəticəsində vətəndaşın çantasından və gödəkcəsinin cibindən 20 min 300 ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21