Oksana Bollivud yolunda

Rəqqasə Oksana Rəsulova Hindistanda keçirilən 21-ci "Screen Awards-2015” müsabiqəsinin qala gecəsinə qatılıb.
Adalet.az-ın məlumatına görə, rəqqasə bu haqda sosial şəbəkədə məlumat verib və "Demək olar ki, Bollivud ailəminə qatıldım” şərhini yazıb.
O, Hindistan mətbuatının diqqətini çəkməyi də bacarıb.
Qeyd edək ki, mərasimə Şahid Kapur, Şahrux Xan, Priyanka Çopra, Kajol kimi tanınmış simalar qatılıb.