05 May 2025 15:13
83
ŞOU-BİZNES

Kərim: “Onun qızılların satdığım üçün çox utanırdım”

Müğənni Kərim Abbasov bu dəfə də etirafları ilə diqqət çəkib.

Adalet.az bildirir ki, o, efir vasitəsiylə xanıma təşəkkür edib, onu sevdiyini söyləyib:

“Mənim ən böyük dəstəkçim xanımımdır. Elə vaxt olub ki, pulum heç olmayıb. Onun qızılların satmışam. Amma ona söz vermişəm ki, bu qızılların yerinə sənə o qədər qızıl alacam, axırda deyəcəksən ki, bəsdir qızıl alma. Həyat yoldaşımın qızılların satdığım üçün çox utanırdım. O isə həmişə mənə dəstək oldu. Onu çox sevirəm. Allah ondan razı olsun. Həmin dediyim vaxt gəldi. Ona o qədər qızıl aldım ki, axırda mənə dedi ki, artıq mənə qızıl alma. Özü dedi ki, heç aldıqlarını taxmamışam”.

Əntiqə